Yuxarı

Vaqif Musayev həbs edlən zaman üzərində silah olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış iş adamı, keçmiş AMİP-çi Vaqif Musayevin həbsi ilə bağlı maraqlı məlumatlar yayılıb. "Publika.az"ın özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, V.Musayev 5 gün öncə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onun həbsi ilə bağlı rəsmi sanksiyanın olub-olmaması bəlli deyil.

V.Musayevin ailə üzvləri bu həbsin Musayevlər ailəsi üçün tamamilə gözlənilməz olduğunu bəyan ediblər:

"Sadəcə olaraq, onu bilirik ki, həbs edilən zaman üzərində silah olub. O, bu silahı niyə gəzdirirmiş, bilmirik".

Ailə üzvləri V.Musayevin həbsi ilə bağlı ətraflı bilgilərə malik olmadıqlarını, həmçinin onunla görüşə bilmədiklərini əlavə ediblər.

Xatırladaq ki, vaxtilə Etibar Məmmədovun sədrlik etdiyi AMİP-də nüfuzlu şəxslərdən sayılan iş adamı Vaqif Musayevin həbs olunması ilə bağlı xəbəri bir neçə gün öncə bəzi saytlar yayıb.

Son zamanlar səhhətinin ağır olduğu deyilən, şəkər xəstəliyindən əziyyət çəkən V.Musayevin həbsə qədərki fəaliyyəti ilə bağlı elə bir məlumat yoxdur. Zamanında isə o, imkanlı iş adamı kimi tanınıb. Hətta bir müddət AMİP-in əsas "pul kisəsi" sayılıb.

Məhz buna görə 2000-ci ilin parlament seçkilərində V.Musayev AMİP-də Şadman Hüseyn, Nazim İmanov kimi nüfuzlu simaları qabaqlayaraq partiyanın proporsional seçki siyahısında Etibar Məmmədovdan sonra ikinci yeri tutub. Amma həmin seçkilərdə AMİP-in tələb olunan 6 faizlik baryeri keçə bilmədiyi elan olunub. Bundan bir müddət sonra V.Musayev Milli İstiqlal Partiyasından uzaqlaşıb. 2005-ci ildə keçirilən parlament seçkilərində uduzduqdan sonra siyasətdə görünməyib.

O, bir müddət elmi və pedaqoji fəaliyyətlə də məşğul olub və iqtisadiyyatla bağlı dissertasiya müdafiə edərək elmlər doktoru adını alıb.

Tarix
2013.11.17 / 00:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla