Yuxarı

Azərbaycana 1,3 milyard dollar yardım ayrılıb - USAİD

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 illik əməkdaşlıq dövründə Azərbaycanın demokratik, sabit olması üçün 1,3 milyard dollar maliyyə yardımı ayrılıb.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqo Ellis deyib.

Onun sözlərinə görə, bu məbləğin 400 milyonu USAİD vasitəsilə təqdim olunub.

M. Ellis bildirib ki, ABŞ və Azərbaycan hökumətləri arasında 25 ildir tərəfdaşlıq əlaqələri mövcuddur. Onun sözlərinə görə, ölkəmizdə olduğu müddətdə QHT nümayəndələri, əməkdaşlıq etdikləri donor təşkilatlarının təmsilçiləri, hökumət rəsmiləri, o cümlədən xarici işlər nazirinin müavini Xələf Xələfov, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşlər keçirib.

USAİD nümayəndəsi həmçinin QHT-lərin qeydiyyatı məsələsinin Azərbaycan hökumətinin üzvləri ilə görüşdə müzakirə etdiyini bildirib. O qeyd edib ki, ABŞ Azərbaycan hökuməti tərəfindən QHT-lərin qeydiyyatı zamanı “vahid pəncərə” sisteminin tətbiqini alqışlayır: "USAİD proqramlarını cəmiyyətin təmsilçiləri olan QHT-lər vasitəsi ilə həyata keçirir. Bu səbəbdən QHT-lərin qeydiyyatı bizim üçün əhəmiyyət daşıyır. Düşünürəm ki, Azərbaycan hökuməti bunun bizim üçün nə dərəcədə vacib olduğunu anlayır".

M. Ellis sabah Gəncəyə səfər edəcəyini bildirib.

Tarix
2017.05.18 / 20:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla