Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 İyul 2017


İmtahan nəticələrinə müdaxilə olunub - Etiraf

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə hal olub ki, dövlət universitetlərində elektron imtahan və tədris idarəetmə sisteminə müdaxilələr edilib. Universitetlərdə bəzi hallarda bunu hətta tələbələr edib. Onlar qiymətləri dəyişib və ya siliblər, şəffaflıq sistemini pozublar.

Trend-in məlumatına görə, bunu "Maykrosoft" şirkətinin Təhsil Proqramları üzrə meneceri Emin Axundov deyib.

Onun sözlərinə görə, bunun nəticəsi olaraq universitetlərin fəaliyyətində iş dayanıb, onların öz işlərini yenidən bərpa etməsi üçün yeni böyük xərclər yaranıb. E.Axundov qeyd edib ki, belə halların olmaması üçün müəssisələr daxillərindəki elektron sistemləri qorumağı bacarmalıdırlar.

Menecer hesab edir ki, belə halla qarşılaşmaq istəməyən müəssisə istifadə etdiyi proqramların mənsəbini bilməlidir: "Müəssisə proqram təminatını bizdən almırsa, onu pirat üsulla əldə edir. Onun işləməsi üçün pirat dediyimiz cinayətkarlar ona müdaxilə etməlidirlər ki, proqram normal işləsin. Müdaxilə nəticəsində piratların həmin sistemə nə qoyduğu bilinmir. Bunu yalnız özləri bilirlər. Belə sistemlər üçün hər zaman təhlükə olur. Buna görə də müəssisə bilməlidir ki, proqram haradan əldə olunub, onu hansı şirkət idarə edir, onun içərisinə nə qoyub. Ona görə də proqram təminatının lisenziyalaşdırılması çox vacibdir. Müəssisələr aldıqları proqramları məhz lisenziya qaydalarına uyğun olaraq, sahibkarlardan almalıdırlar. Bildiyimə görə, elektron sistemlərinə müdaxilə olan universitetlərdə proqram təminatları lisenziya qaydalarına uyğun istifadə olunmayıb. Sistemə müdaxilənin bir səbəbi bu da ola bilər".

Tarix
2017.05.19 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanda yolların keyfiyyəti yoxlanılır - Foto

Düşmən ağır silahlardan istifadə edir - Rəsmi

Tanınmış biznesmenin arvadına 9 il həbs tələbi

Sabahın hava proqnozu açıqlandı

Jurnalist olmaq istəyənlərin nəzərinə: Qabiliyyət imtahanı...

Halal otellər niyə yaradılmalıdır - Ekspert

“Çudo Peçka”nın sahibi həbs olundu

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

İxtisas seçimində nələrə diqqət yetirməli?

Məktəbli formalarını dövlət versin – Millət vəkili

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla