Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Oktyabr 2017


Bu kəndlərdə işləyənlərin maaşı artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" qərarına dəyişikliklər edilib.

Nazirlər Kabinetindən (NK) Trend-ə verilən məlumata görə, yeni qərara əsasən, Azərbaycanda dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək, eləcə də 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı genişlənib.

Qərara görə, Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək kəndi hesab ediləcək.

Goranboyun Erkeç, Mənəşli və Todan kəndləri, Qubanın Afurca, Atuc, Güləzi, Dalaqo, Ruçuq, "Ördüc, Xırt kəndləri, Göygölün Quşçu kəndi dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına daxil edilib.

Qeyd edək ki, Azərbaycanda dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin maaşlarına yerləşdiyi səviyyəyə uyğun olaraq, artımlar edilir. Azərbaycanda dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əməkhaqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilib.

Dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı NK-nın müvafiq qərarı ilə müəyyən edilir.

Tarix
2017.05.19 / 17:02
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

"Rossiya 24" Bakıdan süjet yayımladı

Azərbaycanda əlverişli biznes mühiti var - Hammond

İran vətəndaşını öldürənlər həbs edildi - Rəsmi

"Azərsell"in startaplar üçün layihələri davam edir

İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Sabiq icra başçısının oğlu vəfat etdi - Foto

Attaşelər Hərbi Hava Qüvvələrinin bazasında - Foto

Azərbaycanla Rusiyanı yeni körpü birləşdirəcək

Bu tələbələr 2 ay metroda işləyəcək - Foto

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla