Yuxarı

Bu hərəkəti edən sürücülər həbs ediləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sükan arxasında qayda pozaraq görüntüləri sosial şəbəkələrdə yayan sürücülər buna görə həbs edilə bilərlər.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu il ərzində 18 sürücü sosial şəbəkədə yayılan görüntülər əsasinda məsuliyyətə cəlb edilib. Belə pozuntulara daha çox yol verənlər isə adətən tanınmışlar olur.

Xəzər xəbər məlumat verir ki, tanınmış insanlar sükanı azyaşlı uşağa verir, təhlükəsizlik kəmərini taxmır, yaxud xüsusi vasitə olmadan ön oturacaqda uşaq əyləşdirirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, belə faktlar dəfələrlə qeydə alınıb və xətanı törədənlər həbs edilib.

Bölmə rəisinin sözlərinə görə, edilmiş xətaların sosial şəbəkələr vasitəsilə yayılması halları ən çox məşhurlar arasında baş verir ki, bu da təəssüfləndirici faktdır. Çünki həmin şəxslər öz hərəkətləri ilə cəmiyyətə örnək olmalıdırlar.

Vaqif Əsədov deyir ki, hətta film və klip çəkilişlərində belə icazə alınıb, təhlükəsizlik təmin edilmədən qayda pozan şəxslər cərimə olunacaqlar.

Tarix
2017.05.19 / 22:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla