Yuxarı

Bu məhsul niyə 3 dəfə ucuzlaşdı? - DGK

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəmizdə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin-konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumatda bildirilib ki, hazırda Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiya Federasiyasına pomidor aparan avtomobillərim sərhədkeçmə prosesində hər hansı problem yoxdur.

Son 2 gün ərzində şimal sərhədimizdən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib.

Dövlət Gömrük Komitəsi onu da bildirib ki, iki ölkənin qarşlıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə öz həllini tapır.

Qeyd edək ki, ötən gün mətbuatda pomidorun qiymətinin ucuzlaşmasının səbəbi kimi avtomobillərin daşıdığı yükün çəkisinə gömrükdə hədd qoyulması göstərilsə də, əslində qiymətin ucuzlaşması mövsümlə əlaqəlidir.

Tarix
2017.05.20 / 13:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla