Yuxarı

Şamaxıda sel 4 kəndi işıqsız qoydu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda çay daşması səbəbindən üç kənd hələ də işıqsız qalıb.

Report-un xəbərinə görə, mayın 16-da axşam saatlarında aramsız yağan yağışlar səbəbindən sel suları rayon ərazisində Ağsu çayından keçən elektrik dirəklərini yuyub aparıb, naqilləri sıradan çıxarıb.

Nəticədə Şamaxı rayonunun dağlıq kəndləri olan Qalybuğurd, Keçmədin, Sıs və Qaladərəsi kəndlərinə gedən elektrik enerjisi kəsilib.

"Azərişıq" ASC-nin Şamaxı rayon Elektrik şəbəkəsindən bildiriblər ki, hazırda qurum gücləndirilmiş iş rejimində çalışır. Sözügedən kəndlərə elektrik enerjisini təmin etmək üçün bu gündən etibarən həmin ərazilərə ağır texnikalar və işçi briqadaları cəlb olunub.

Ağsu çayının yatağına və ətrafına 12 ədəd elektrik dirəyi və naqillərlə təmin olunacaq, ərazidə aparılan işlərin nəticəsi olaraq günün sonuna kimi kəndlərə veriləcək, elektrik enerjisinin bərpası nəzərdə tutulub.

Qeyd edək ki, güclü leysan yağışları rayonun Qaleybuğurd, Keşmədin və Qaladərəsi kəndlərinin yollarını da sel suları yumuşdu. Hazırda kənd yollarının bərpası üçün ərazidə ağır texnikalar işləyir.

Tarix
2017.05.20 / 15:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla