Yuxarı

Bakı-Ankara reysi təxirə salındı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:24

Bu gün saat 16-da Bakıdan Ankaraya uçan təyyarə reysi təxirə salınıb.

Bu barədə Musavat.com-a həmin reyslə Türkiyəyə uçmalı olan sərnişinlərdən biri məlumat verib.

Verilən məlumata görə, reysin təxirə salınmasının səbəbi təyyarə uçuşa hazırlanarkən bir qadının qəfildən fikrini dəyişib uçmaq istəmədiyini bildirməsi olub. Qadın xəstə olduğunu, həyatında ilk dəfə təyyarəyə mindiyini, özünü pis hiss etdiyini və uçuşa dözə bilməyəcəyini deyib. Ona ilk tibb yardım göstərilib və müayinə olunub. Güman olunur ki, qadında aerofobiya (təyyarədə uçmaqdan patoloji qorxu) varmış və o, indi üzə çıxıb.

Bununla belə, beynəlxalq reyslərdə uçuşun təhlükəsizliyinə məsul olan şəxslər qadının sonda anda uçmaq istəməməsini ciddi qarşılayıblar.

Qaydalara görə, əgər bir xəstə təyyarəni uçuşdan bir az öncə tərk edərsə, bütün sərnişinlər də təyyarəni tərk etməli, yüklər boşaldılmalı, təyyarə diqqətlə yoxlanılmalıdır. Həmin prosedurun həyata keçirilməsinə başlanılıb və bu, reysin iki saat gecikməsinə səbəb olub.

Öz növbələrində həkimlər də xəstəni müayinə edərək yekun qərara gəliblər ki, qadın ürək xəstəsidir və uçuşla bağlı aşırı həyəcan onun həyatı üçün təhlükəli ola bilər.

Güman olunur ki, Bakı-Ankara reysi üzrə uçuş saat 18-də baş tutacaq.

***

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 16.00-da həyata keçirməli olduğu Bakı-Ankara aviareysində özünü pis edən sərnişin həkim müayinəsindən keçib.

AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski APA-ya bildirib ki, həmin qadın sərnişinin səhhəti ilə əlaqədar bugünkü reysdə uçmayacağı dəqiqləşib.

AZAL-ın Bakı-Ankara reysi ilə uçmalı olan təyyarə qısa zamanda havaya qalxacaq.

Tarix
2017.05.20 / 18:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla