Yuxarı

Söyün Sadıqov lağ edilən görüntüsündən danışdı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti, Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri Söyün Sadıqov rəqs etməsini əks etdirən videonun sosial şəbəkələrdə yayımlanmasına münasibət bildirib.

S.Sadıqov Ölkə.az-a açıqlamasında sözügedən videonun bağ evində çəkildiyini deyib: “Mənim Saşa adlı bir xaxol dostum var. Onunla bir yerdə Ukrayna mahnısına oynayırdıq”.

S.Sadıqov sözügedən videonu internetdə yayaraq, onu məsxərəyə qoyan adamları “başdan kəm” adlandırıb:

“O videoda pis və lağ olunası nə var? Dostlarla oynamaq nə zamandan qəbahət sayılıb? Hər kəs rəqs edir. Belə şeylərə fikir vermək lazım deyil. Ağıllı və normal insanlar buna diqqət ayırmaz. Mən onu yayan insanları başdan kəm hesab edirəm. Bu cür axmaqlara fikir vermək lazım deyil”.

S.Sadıqov qeyd edib ki, ona qarşı bu cür hərəkətlər məqsədli şəkildə də həyata keçirilə bilər:

“Mən bu yaxınlarda sizə Ümumrusiya Azərbaycan Konqresinin bağlanması ilə bağlı müsahibələr vermişəm. Mənim bu fikirlərim bəzi adamların xoşuna gəlmir, ona görə də əleyhimə bu cür ucuz kampaniyalar aparırlar. Ancaq bu cür adamlara nə qədər cavab verməsək, bir o qədər onlar özlərindən iyrənəcəklər”.

Xatırladaq ki, Söyün Sadıqovun rəqs etməsini əks etdirən videosunun sosial şəbəkələrdə yayılması bir çox insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Tarix
2017.05.24 / 10:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla