Yuxarı

Bakı gömrüyündə sahibkarlarla görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 24-də Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları ilə məşğul olan bir qrup biznes subyektləri ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının davamlı və çoxşaxəli inkişafı istiqamətində atdığı addımlardan bəhs edərək bildirib ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq ölkəmizin bütün sahələrdə sürətli tərəqqisi təmin edilib.

Xüsusilə son illərdə qeyri-neft sektorunun- turizm, kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən dəstək milli iqtisadiyyatımızda bu sektorun payını artırıb. Sahibkarlığın inkişaf etdirilməsi, daxili istehsalın stimullaşdırılması, mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsinin ölkəmizin ixrac potensialının artmasına təkan verdiyini bildirən Vüsal Novruzov iqtisadi təhlükəsizliyimizin təmin olunması, daxili bazarın qorunması, ticarətin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə gömrük orqanlarının, o cümlədən Bakı Baş Gömrük İdarəsinin də öz töhfəsini verdiyini diqqətə çatdırıb.

İdarə rəisi ölkə başçısı tərəfindən gömrük sahəsində həyata keçirilən mütərəqqi islahatların gömrük orqanları tərəfindən uğurla reallaşdırıldığını vurğulayaraq, "Bir pəncərə", "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər yeniliklərin idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını bildirib. Biznes – gömrük əməkdaşlığının inkişaf etdirilməsi, qarşılıqlı işgüzar münasibətlərin peşəkar şəkildə qurulmasının ümumi işə faydasından bəhs edən Vüsal Novruzov gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onları narahat edən məsələlərin bundan sonra operativ və obyektiv şəkildə həllini tapacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən sahibkarlar ölkə başçısı tərəfindən biznes subyektlərinə göstərilən dəstəyi, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımları və gömrük orqanlarının bu sahədəki məsuliyyətli və peşəkar yanaşmasını yüksək qiymətləndiriblər.

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tarix
2017.05.24 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla