Yuxarı

Tədris müddəti azaldılacaqmı? - Nazirlikdən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. 2 il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişiklərdən sonra bu rəqəm 34 həftə olub.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, ölkədə orta təhsil müddəti digər ölkələrlə müqayisədə 6 həftə azdır. Şöbə müdiri qeyd edib ki, ona görə də valideynlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür.

Ölkədə təhsil müddətinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləndiyini xatırladan nazirlik rəsmisi qeyd edib ki, artırılan tədris həftələrində hansı işlərin görüldüyü ayrı-ayrı məktəblərin, müəllimlərin davranışı ilə bağlıdır: “Bir çox məktəblərdə müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır. Bunun faydasını dərhal yox, uzun müddətdə görəcəyik. Təhsil müddətinin artırılmasının təhsilə çox böyük faydası var, nəinki azaldılmasının. Ölkədə dərslərin başlama və bitmə vaxtı müvafiq sənədlə tənzimlənir. Mövcud qaydalara görə, Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır”.

Tarix
2017.05.25 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla