Yuxarı

Şəkidə selin dağıtdığı körpü bərpa edilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonu Kiş çayı üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq tikinti işləri davam etdirilir.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, yeni inşa edilən körpünün uzunluğu 88.2 m, hərəkət hissəsi 8 m və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqəsədi ilə 1.5 m enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.

Körpü orta dayaqsız bir aşırımlı (81 m.) inşa olunacaq və çay yatağından hündürlüyü 7 m olacaq. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını almış olacaq.

Körpünün kənar dayaqlarının tikintisi artıq yekunlaşıb və hazırda körpünün aşırım hissəsinin yığılması işləri aparılır. Bu işlər yekunlaşandan sonra körpünün hərəkət hissəsinin inşası işlərinə başlanılacaq.

Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilir.

Layihə çərçivəsində çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 m hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 m uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.

Xatırladaq ki, 2016-cı ilin iyul ayında yağan leysan nəticəsində sel suları sözügedən körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. Azəravtoyol ASC tərəfindən dəraziyə cəlb edilmiş ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu.

Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 16 avqust 2016-cı il tarixində müvafiq sərəncam imzalanmışdı.

Tarix
2017.05.27 / 10:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla