Yuxarı

2 uşaq anasını "Porşe" ilə öldürən biznesmen oğlu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16 yaşında ikən qanunsuz olaraq idarə etdiyi "Porsşe” markalı avtomobillə iki uşaq anası Xəyalə Məmmədovanı vurub öldürən Ağəli Fərəcov barədə Yenicag.az psixoloji məqamlara toxunub.

Axar.az xəbər verir ki, bu hadisənin bir daha övlad tərbiyəsindəki problemlərdən qaynaqlandığını vurğulayan sayt psixoloq Vəfa Əkbərin fikirlərinə yer verib.

Psixoloq bildirilib ki, əslində problem valideyndən qaynaqlanır. Valideyn nədən doymayıbsa, övladını o sahəyə yönəltmək istəyir. Misal üçün, oxumamış valideyn övladının təhsil alması üçün dəridən-qabıqdan çıxır, gecəsini gündüzünə qatır. Gec ailə həyatı quran valideyn övladının vaxtında evlənməsini istəyir və s.

“Böyük ehtimalla valideyn düşünüb ki, uşağım heç nədən korluq çəkməsin. Yaxşı bir atalar sözümüz var, deyir, əzizim əzizdi, tərbiyəsi ondan da əzizdir. Biz maksimum çalışmalıyıq ki, uşaqlar təhsilə, təlimə, inkişafa yönəlsin. Amma təəssüflər olsun ki, bəzi valideynlər əksini düşünür. Amma düşünmür ki, uşağın müəyyən yaş həddi var. Pulla təması məhz o yaşa çatandan sonra olmalıdır. Uşaq böyüdükdən sonra pulla artıq hər şeyi almağın mümkün olduğunu düşünür. Və başlayır düşünməyə ki, oxudum, amma bu, mənə pul vermir, amma filan şey pul verir. Artıq müəyyən şərti istəklər başlayır. Uşaq valideynə "sən mənə pul versən, dərsimi oxuyacam” deyir. Təbii ki, bu da gətirib uşağın qudurğanlığına çıxarır. Burada uşağın heç bir problemi yoxdur. Uşaq ağ vərəqdir, nə yazarıqsa, onu da oxuyarıq. Övlad valideynlərin şah əsəridir. Əgər bu gün onlardan narazıyıqsa, deməli, rəssamlar mükəmməl deyillər. Valideynlər müəyyən tərbiyə vaxtını qaçırıblar. Onlara sadəcə, seyr etmək qalıb ki, şah əsərlərinin nəyə qadir olduqlarını görsünlər”, - Vəfa Əkbər qeyd edib.

Tarix
2017.05.28 / 13:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla