Yuxarı

Tələbələrin "anti-imtahan" aksiyasına rektordan cavab - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:26

Azərbaycan Dillər Universitetinin tələbələri aksiya keçirir.

Musavat.com-un verdiyi məlumata görə, tələbələr dövlət imtahanın ləğv olunmasını tələb edirlər.

Etiraz aksiyasında təxminən 200-300 tələbənin iştirak etdiyi bildirilir. Rektor Əfqan Abdullayev isə tələbələrin önünə çıxmayıb və hazırda millət vəkili Fuad Muradovla universitetdə görüş keçirir.

Qeyd edək ki, ADU-nun keçmiş rektoru Səməd Seyidovun ləğv etdiyi dövlət imtahanını bu il hazırki rektor Əfqan Abdullayev bərpa edib.

Dördüncü kurs tələbələri isə iddia edir ki, onlar universitetə qəbul olduqları zaman imzalanan müqavilədə dövlət imtahanı olmayıb. Tələbələr 720 mövzunu qısa müddətdə öyrənməyin mümkün olmadığını, dövlət imtahanı ilə bağlı qərarın dərs ilinin əvvəlində verilməli olduğunu bildirir və imtahanın ləğvini tələb edirlər.

Ə.Abdullayev isə bu qərarın Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini bildirib.

***

Azərbaycan Dillər Universitetinin rektoru Əfqan Abdullayev tələbələrin narazılığına aydınlıq gətirib.

ADU-nun rektoru Əfqan Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu vaxta kimi ali məktəbdə dövlət imtahanı olub, sadəcə 2016/2017-ci tədris ilindən forması dəyişib.

Onun sözlərinə görə, bununla bağlı ötən ildən ali məktəbin şurası tərəfindən müvafiq qərar verilib. Rektor qeyd edib ki, tələbələr bu vaxta kimi ali məktəbi bitirəndə, yalnız 1,5 səhifə hesabat yazıblar:

“Məsələn, mən universitetdə oxudum, filan müəllim dərs dedi, filan fənlərdə iştirak etmişik. Akademik olaraq ali məktəbdə imtahan forması kimi yekun buraxılış dövlət attestasiyası olmayıb. 3 aydır ki, burada rektor kimi fəaliyyət göstərirəm. 2016-cı ilin 20 iyul tarixində isə Azərbaycan Dillər Universitetinin Elmi şurasının 68 nömrəli qərarı olub ki, 2016/2017-ci tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunsun”.

Rektor qeyd edib ki, Azərbaycanda 52 universitetdə dövlət imtahanı - yekun buraxılış dövlət attestasiyası keçirilir. Bunun da 2 forması var - yazılı dövlət imtahanı və buraxılış işi. “Burada qeyri-adi heç nə yoxdur. Dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na və Təhsil Nazirliyinin əmri ilə həyata keçirilir. Buraxılış işini orta müvəffəqiyyət göstəricisi 91-dən yuxarı olan tələbələr yazır. Onların da sayı 92 nəfərdir. Hazırda narazılıq edənlərin əksəriyyəti oxumayan tələbələrdir. Dövlət imtahanı isə əsasnaməyə uyğun olaraq ixtisas fənlərindən verilir. Bu da ixtisaslar üzrə 4-5-6 fənn ola bilər”, - deyə o vurğulayıb.

Rektor qeyd edib ki, bu gün Təhsil Nazirliyinin müvafiq şöbəsinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək. Onun sözlərinə görə, dövlət imtahanı ləğv olunsa, ona da əməl ediləcək: “Bu məsələ ilə bağlı nazirlik tərəfindən hansı qərar verilirsə, onu yerinə yetiririk”.

Tarix
2017.05.30 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla