Yuxarı

"Kapital Bank" uşaqlar üçün silsilə tədbirlər keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kapital Bank" 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Nağıllara səyahət” adlı sosial layihə təşkil edib.

Bankdan Axar.az-a verilən məlumata görə, layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunub. Layihə zamanı hazırlanan video çarx və fotolar Bankın Facebook sosial şəbəkəsindəki səhifəsinə yerləşdirilib - www.facebook.com/kapitalbank.

“Hər il olduğu kimi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində balaca dostlarımızı sevindirəcək layihə təşkil etdik. Bu ilki tədbiri daha geniş miqyasda həyata keçirərək, ölkənin bir sıra regionlarını əhatə etdik. Tamaşalarda ümumi olaraq 4000-ə yaxın uşaq qatıldı. Tədbir zamanı həmçinin maraqlı müsabiqələr təşkil olundu və məktəblilərə Kapital Bank adından hədiyyələr verildi. Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə və ASAN Radioya təşəkkürümüzü bildiririk”, - "Kapital Bank"ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, layihə çərçivəsində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Kəlilə və Dimnə” tamaşası, Gəncə Dövlət Dram Teatrında “Tıq-tıq xanım”, Lənkəran Dövlət Dram Teatrında “Ceyranın ad günü” və Abdulla Şaiq adına Dövlət Kukla Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olundu.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.05.30 / 14:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla