Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


Boz qurd, yoxsa boz qut?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün oğlum məndən soruşdu:

- Ata, niyə Göytürk olur, ancaq Göyqurd olmur?

Dedim ki, bizim rəngimiz göydür: Göyə tapınmışıq, yəni "O göydəki Tanrı - Allah haqqı" demişik!

- Ata, bəs onda niyə Qurdu müqəddəs saymışıq?

Dedim, Tanrının qarşısında Göy olar, qurdun qarşısında Boz! Boz cahillik rəmzidir, Göy isə kamillik.

Uşağa üzümü BOZardan kimi cavabı anladı.

İki gündən sonra yenə sual verdi:

- Ata, kitabda yazılıb ki, qurdla canavar sinonim sözdür. Düzdürmü?

Cavab verdim:

- Əgər biz qurdu müqəddəs sayırıqsa, yanlışdır. Canavar fars sözüdür, "can alan" deməkdir! Müqəddəs saydığımız bir varlıq necə can ala bilər? Ona görə də qurda can alan demək olmaz. Ancaq bir halda ki, biz müsəlmanıq, demək qurd da, canavar da eyni sözdür. Qurddan qorxan qoyun saxlamaz.

Uşaq yenə sual verdi:

- Niyə soxulcana qurd deyirik?

Dedim:

- İslam bu məmləkətə gələndə maqlar mağmun günə qaldı, qurd da canavara çevrildi. Soxulcana da qurd deyilməyə başlandı.

Deyəsən, cavabım uşağı qane etdi, bir də bu mövzuya qayıtmadı. Ancaq bu mövzuya qayıtmağı vacib bilirəm.

Bozqurd! Söhbət "bozqurd"dan yox, "boz qut"dan gedir. Qurdun üzü mübarək ola bilməz, qut üzü mübarək olar! "Oğuznamə"də deyilir: "Od imandandır"; "Qurdla qiyamətə qalmazlar".

Qutla qiyamətə qalarlar, necə ki, "qiyamət" sözü "oda durmaq, od ilə üz-üzə qalmaq" anlamındadır.

"Gözünün qurdunu öldürmək" nə deməkdir? Məgər gözdə də qurd olar? Söhbət yenə "qut"dan gedir, yəni gözünün qutunu öldürmək! Necə ki dilimizdə gözünün odunu almaq ifadəsi var. Onlarla belə fakt çəkə bilərəm: "Kipriyində od götürmək", "Qış gününün yemişi oddur", "od(u) qiymətinə...", "odla oynamaq olmaz", "oddan kül törər" və s.

Odu "atəşpərəstlik" anlayışına calamaq yanlışdır. Tarixçilər yazır ki, Azərbaycanda Azıxdan tapılan od yerinin 700 min illik tarixi var. Bizim ulu əcdadlarımız "odla oynayanda" bu coğrafiyada özümüzə qonşu axtarmışıq.

Qayıdıram yenə boz qurd anlayışına... Bizdə qurd totemi olub, necə ki onlarla heyvan və bitki adları ilə bağlı onqun məlumdur. Müqəddəs sayılan bir varlığın qarşısında "boz" sözü necə işlənə bilərdi axı? Hər millətin sevdiyi, simgə kimi qəbul etdiyi bir rəng var. Bizm rəngimiz "boz" deyil, ola da bilməz!

Boz qurd haqqında əfsanədə guya qurdun insana yol göstərməsi mart ayına təsadüf edib. Dilimizdəki "boz ay" ifadəsi də burdan qaynaqlanırmış! Qurdun "mavi bir şüa, işıq" şəklində endiyi göstərilir. Bu da qurd yox, sözün qut – od olduğunu göstərir.

Tədqiqatçılara görə, "boz qut" - mart ayında dörd ünsürün yenidən canlanması deməkdir...

Tarixdə Dağdağan ağacından tutmuş Toyuğa, Xoruza kimi tapınıblar. Sonra da onlardan tayfa adları yaranıb: "Toyuq tayfası", "Xoruz tayfası". Nə olsun? Tarixdə belə hadisələr çox olub, indi onları müqəddəs saymalıyıq?

Bəlkə mifologiyanı bir qırağa qoyaq?

Tarix
2013.11.17 / 22:47
Müəllif
Şahlar Məmmədov
Şərhlər
loading...
Digər xəbərlər

Bakının bu ərazilərində su olmayacaq

Mehriban Əliyeva Dimitri Kerkentzeslə görüşdü

İlham Əliyev sərəncam imzaladı

Millət vəkili AŞPA-da məruzəçi təyin edildi

Poliqonlarda ən yaxşı komandirlər seçilir - Yarış

Sürücülərə xəbərdarlıq: Sabah bu yol bağlanır

Nazir yeni müşavir təyin etdi

Eldar Mahmudovun qohumu şikayət verdi

Türklərin ən böyük 7 hökmdarı - Axar TV

Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla