Yuxarı

Türkiyənin ilk azərbaycanlı xanım vəkili - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qürür duyulacaq həmyerlimizi yaxından tanıyaq.

Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olub. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhmədbəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət edib. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçib. Bir neçə dəfə atası Əhmədbəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşüb.

İstanbul Universitetinin hüquq fakultəsinin ilk qız tələbəsi

İstanbul Qız Liseyində təhsil aldığı illərdən vəkil olmaq arzusu ilə yaşayan Sürayyə Ağaoğlu 1920-ci ildə həmin liseyi bitirir.1921-ci ildə İstanbul Universitetinin hüquq fakultəsinə sənədlərini təqdim etmək üçün müraciət etdikdə problemlə qarşılaşır. Həmin dönəmdə hüquq fakultəsində qadın tələbə olmadığı üçün İstanbul Universiteti rektoru Haldun Taner ona kömək edə bilməyincə, o, rektorun atası Səlahəttin bəyə müraciət etmək qərarına gəlir.

Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürayyə Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakultəsinə qəbul olmaq niyyəti ictimayyət tərəfindən qeyri-adi qarşılanır. Sürayyə xanım Səlahəttin bəyə hüquq fakultəsinə qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər bu təklifi qəhqəhələrlə qarşılayırlar. Lakin Sürəyyə xanımın təkidi və özü kimi 2 nəfər vəkil olmaq üçün müraciət edən xanımları (Melda və Bedia) təqdim etdikdə onlar ayrıca fakultə açmaq məcburiyyətində qalırlar. Amma günortaya qədər kişi tələbələrə, günortadan sonra isə qadın tələblərə dərs keçirdilər.

Behbud xan Cavanşirin qatilinin məhkəməsində

1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun "Pera-Palas" hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır: "Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı".

Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.

Bütün bu çətinliklərə baxmayaraq, Sürəyya Ağaoğlu 1925-ci ildə İstanbul Universiteti hüquq fakultəsini bitirir. 5 dekabr 1927-ci ildə Ankara Vəkil Bürosuna üzv qəbul olur. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili və qadın hüquqlarının müdafiəçisi ünvanını qazanmış olur. 1936-cı ildə Ankara Vəkil Bürosundan İstanbul Bürosuna keçir. İngilis və fransızca mükəmməl bilən Sürəyya Ağaoğlu məslək həyatı boyunca çox sayda dövlətlərarası beynəlxalq konfranslarda iştirak edir. 1946-1960-cı illərdə İstanbul Vəkil Bürosunun İdarə Heyətinin yeganə qadın üzvü olaraq fəaliyyət göstərir.

Alman hüquşünasla ailə qurur

1950-ci ildə alman hüquqşünas Verner Tasçenbeker ilə ailə qurub. Lakin bu izdivacdan onların övladı olmayıb.

Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin banisidir.

Qardaşı Səməd Ağaoğlunun vəkili olur

Sürəyya xanımın qardaşı Ankara Universitetinin hüquq fakultəsinin məzunu Səməd bəy Ağaoğlu (Türkiyə Cümhuriyyətinin dövlət naziri olub) 1960-cı il, 27 may tarixdə Türkiyənin Baş naziri Adnan Menderes işi üzrə ömürlük həbs cəzasına məhkum olunduğu məhkəmə prosesində onun vəkili olmaq kimi acı taleyi də yaşamış olur. (S.Ağaoğlu 1964-cü ildə amnistiyaya buraxılıb).

S.Ağaoğlu bir sıra hüquqi məqalələrin, "Londonda gördüklərim" və "Bir ömür də belə keçdi" kitablarının müəllifidir. 29 dekabr 1989-cu ildə İstanbulda "Qadın hüquqları və müasirləşmək" adlı bir konfransdan ayrılarkən yıxılan Sürəyya Ağaoğlu beyninə qan sızması nəticəsində vəfat edib.

Tarix
2014.05.19 / 11:27
Müəllif
Səməd Vəkilov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla