Yuxarı

Nigar Camal polisi təhqir etdi: Əsədovdan cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinın bölmə rəisi polis polkovniki Vaqif Əsədov tanınmış müğənni Nigar Camalın fikirlərinə münasibət bildirib.

V.Əsədov Report-a deyib ki, Nigar Camalın şəxsi Feysbuk hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırılma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb:

“Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün ilk növbədə Bakı Şəhər BPİ DYP-yə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Eyni zamanda, qeyd etmək istəyirik ki, statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə, bizə ətraflı məlumat verməsi lazımdır. İstənilən vətəndaş, o cümlədən Nigar Camal üzləşdiyi hər hansı qanun pozuntusu ilə bağlı bizi məlumatlandıra bilər və böyük məmmuniyyətlə onları dinləməyə, zəruri tədbirlər görməyə hazırıq. O ki, qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik, bu, düzgün və inandırıcı deyil”.

Qeyd edək ki, N.Camal Feysbuk statusunda polisin heç bir səbəb olmadan onu dəfələrlə saxladığını bildirmiş və polislərin ünvanına təhqiredici ifadə yazmışdı.

Tarix
2017.06.19 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla