Yuxarı

Yol polisindən hüquqi və fiziki şəxslərə - Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsinin yay mövsümü ilə əlaqədar ölkə ərazisində avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən Axar.az-a verilən məlumatda qeyd olunur ki, yay mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilər, təhsil və əmək müəssisələrində çalışan əməkdaşlar və onların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil edilir: “Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur. Lakin, təəssüflər olsun ki, qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı bəzən nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət edilməsinə ciddi nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də yol çiyinlərində dərin yarğanları olan dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, turistləri daşıyacaq nəqliyyat vasitələrinin gedəcəkləri istiqamətdə ödənişsiz müşayiət olunmaları üçün səyahət təşkil edən müəssisə və təşkilat rəhbərləri səfərdən 3 gün əvvəl ərazi üzrə DYP bölümlərinə, Baş Dövlət Yol Polisi İdarəsinin (+99412) 590-81-25 nömrəli telefonuna, yaxud 902 qaynar xəttinə müraciət etsinlər”.

Tarix
2017.06.19 / 18:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla