Yuxarı

Artur Rəsizadədən tovuzlularla bağlı - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:47

Millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Tovuz sakinləri ilə görüşü zamanı onların problemlərini dinləmiş və hər birinin tezliklə aradan qaldırılacağına dair söz vermişdi.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva bu gün şəxsi Feysbuk hesabından açıqlama yayaraq, artıq məsələnin həlli üçün addımlar atdığını və Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadədən tovuzluların probleminin həlli üçün tapşırıqlar verməyi xahiş etdiyini bildirib:

“Əziz tovuzlular! Bu gün sizin qaldırdığınız məsələləri ölkəmizin Baş naziri Artur Rəsizadənin diqqətinə çatdırdıq və inanırıq ki, yaxın günlərdə müsbət addımlar olacaq.

Əziz Əlimərdanlı, Qaraxanlı, Xatınlı, Qədirli, Cilovdarlı, Düzcırdaxan, Cəlilli sakinləri! Son 3 gündə onlarla sakinimiz zəng edərək indi yazacağım məsələ ilə bağlı müraciətlər etdiyi üçün buradan bütün sakinlərimizi maraqlandıran məsələni diqqətə çatdırmaq istəyirəm. Kəndlərimizə yağan güclü dolu nəticəsində çoxlu sayda evlərin dam örtüyünün tamamilə yararsız vəziyyətə düşməsini kəndləri gəzərək, sizinlə söhbət edərək yerində də gördüm. Üzləşdiyiniz çətinliklərə sizin qədər üzüldük. Və sizin yağan yağışların evləri tamamilə yararsız vəziyyətə salmaması üçün hökumətdən qısa zamanda şiferlə yardım göstərilməsi xahişinizi bu gün Baş nazir Artur Rəsizadənin diqqətinə çatdırdım. Baş nazir Artur müəllimə təşəkkür edirəm ki, müraciətimizə təcili cavab verdi və bu gün sizi təmsil edən millət vəkili olaraq məni qəbul etdi, məsələləri geniş şəkildə çatdırmam üçün zaman ayırdı. Sıradan çıxmış dam örtüklərinin düzəldilməsi üçün hökumətimizdən şifer yardımı edilməsi xahişinizi sizin və öz adımdan Baş nazirin diqqətinə çatdırdım və xahiş etdim. Eyni zamanda sizin qaldırdığınız bütün fikirləri də Artur müəllimə yetirdim. Baş nazir bildirdi ki, hər zaman olduğu kimi, dövlətimiz çətin vəziyyətdə qalan insanlara dəstək göstərilməsi üçün addımlar atacaq. Bu cür insanların hər zaman dövlət başçımızın xüsusi diqqətində olduğunu bildirən Baş nazir Artur Rəsizadə təbii fəlakət nəticəsində evlərinin damı yararsız vəziyyətə düşmüş Tovuz sakinlərinə şifer yardımı edilməsi istiqamətində addımlar atılacağını bildirdi. Bu gözəl gecədə bu xəbəri gözləyən onlarla ailəmizin olduğunu bilirəm. İnşallah, yaxın günlərdə bu dəstəyin olacağına inanırıq. Allah dövlətimizə və millətimizə hər zaman yardımçı olsun”.

***

Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə güclü dolu nəticəsində Tovuzun Əlimərdanlı, Xatınlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Düzcırdaxan,Cəlilli, kəndlərində dam örtüyü yarasız vəziyyətə düşən evlərin sakinlərinə maliyyə yardımı edilməsi ilə bağlı qərar verib.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat paylaşıb.

Tarix
2017.06.22 / 19:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla