Yuxarı

Bakıda evə basqın edən şəxs tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:32

Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri, 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.

Hazırda hadisəni digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə ötən gecə paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Mahirə Əliyeva xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Tarix
2017.06.23 / 12:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla