Yuxarı

Müflis olan AST Telmanın Las-Veqasda obyekti üzə çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telman İsmayılovun Amerkanın Las-Veqas şəhərindəki ticarət mərkəzinə həbs qoyulub.

Axar.az xəbər verir ki, “Kommersant” qəzeti bununla bağlı ABŞ məhkəməsinə “Moskva Bankı”nın müraciət etdiyini bildirib. Bank “Çerkizov” bazarının eks-sahibini kreditlərini ödəməkdən imtina edərək, öz varidatını ölkədən çıxarmaqda ittiham edib. Moskva Bankı həmçinin İsmayılovun borcunun 19 milyard rubla çatdığını bildirib.

Azərbaycanlı milyarderin ABŞ-da əmlakı olmasını bank Kipr məhkəmələrinin sayəsində öyrənib. Belə ki, İsmayılov Las-Veqasdakı ticarət mərkəzini 2014-cü ildə alıb. “Craig Valley Plaza” adlanan ticarət mərkəzinin ərazisi 7 min kvadrat metrdir. Bu mərkəz əvvəllər əslən İran yəhudisi olan məhşur biznesmen Sem Nazaryana məxsus olub.

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib.

Tarix
2017.06.23 / 09:38
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla