Yuxarı

Silah satmaq istəyən bakılıdan narkotik tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pirallahı Rayon Polis Şöbəsinə bir nəfər şəxsin özündə saxladığı əl qumbarasını satmaq məqsədi ilə müştəri axtarması barədə əməliyyat məlumatı daxil olub.

DİN mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən görülən tədbirlərlə o, şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Taranov olması müəyyən edilib. Üzərinə baxış keçirilərkən satmaq məqsədi ilə qanunsuz saxladığı alışqanı ilə birlikdə olan 1 ədəd "F-1" əl qumbarası və eyni məqsədlə gəzdirdiyi 3 bükümdə narkotik vasitə olan marixuana aşkar edilib.

Ətrafında aparılan tədbirlərlə S.Taranov rayon ərazisindəki qəbiristanlıqda çətənə kolları əkib-becərdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin nişan verdiyi həmin əraziyə baxış keçirilərkən diqqət çəkməyən yerdə qurudularaq qablaşdırılmış vəziyyətdə olan narkotik vasitə də aşkar edilərək götürülüb.

Ekspertiza S.Taranovun üzərindən çıxan narkotik vasitənin 3,035 qram, qəbiristanlıqdan tapılan narkotik vasitənin isə 970 qram marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tədbirləri aparılır.

Tarix
2017.06.24 / 15:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla