Yuxarı

Firudin Nəbiyev səfirlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşnehlə görüşüb.

Qurumdan Axar.az-a verilən məlumata görə, görüş çərçivəsində F.Nəbiyev Azərbaycan ilə İordaniya arasındakı tarixi dostluq əlaqələrindən, münasibətlərin inkişafında hər iki ölkə rəhbərinin mühüm rolundan söhbət açıb. Xidmət rəisi bildirib ki, ölkələrimiz arasında siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir: "İordaniya beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyir və müdafiə edir".

Bununla yanaşı, Dövlət Xidmətinin rəisi prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə səfirə məlumat verib.

Söhbət zamanı mövcud multikultural dəyərlərə verilən önəmin, sabitliyin, dinamik inkişafın Azərbaycanı əcnəbilər üçün cəlbedici ölkəyə çevirdiyi qeyd olunub. Ölkəmizin həm Avropa , həm də islam dünyası üçün əhəmiyyətinə diqqət çəkilən görüşdə bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili minnətdarlıqla vurğulanıb.

F.Nəbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diplomatın diqqətinə çatdırıb.

Öz növbəsində səfir Azərbaycanın sürətli inkişafının, təhlükəsiz ölkə olmasının birbaşa şahidi olduğunu deyib. Diplomat Azərbaycan hökumətinin həm ölkəmizdəki, həm də digər dövlətlərdə məskunlaşan qaçqın və məcburi köçkünlərə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Eyni dəyərləri bölüşən bir ölkə kimi iordaniyalıların Azərbaycana böyük marağına diqqət çəkib.

Görüşdə ikitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyindən bəhs olunub.

Miqrasiya qanunvericiliyi ilə bağlı İordaniya tərəfini maraqlandıran bir sıra sualların cavablandırıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tarix
2017.06.24 / 16:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla