Yuxarı

Bəy və gəlin toydan imtina etdi: ağac əkdilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizdə azərbaycanlı gəlin və bəy toy üçün pul xərcləməkdən imtina ediblər.

Axar.az xəbər verir ki, “Nəsr” agentliyi təbrizli cütlüyün toy üçün nəzərdə tutduqları məbləği 400 ağac tinginə xərclədiyini bildirib. Cütlük öz toylarını bu ağacları əkməklə qeyd edib. Onlar etdikləri bu əməlin ənənəyə çevrilməsini arzu etdiklərini söyləyiblər.

“Çalışdıq ki, xərcləyəcəyimiz pulun təsiri qalıcı olsun və bir gecə ilə aradan getməsin. Toy mərasimi üçün yüksək məbləğdə pul xərcləmək həyata və xoşbəxtliyə heç bir təsir etmir. Bəzi adət-ənənəyə görə, ailələrə şamil olunan lazımsız xərclər hətta başlanğıcda ailə həyatına ziyan da vura bilər. Toy mərasimində iştirak edəcək qonaqların siyahısını hazırlayaraq xərclənəcək vəsaitin məbləğini hesabladıq. Sonra bələdiyyədən icazə alıb, onun mütəxəssisləri ilə məsləhətləşdik. Hər ağac tingini 18 min tümənə aldıq. Artıq onlardan 400-nü iyunun 25-də, qalan 400-nü isə Ağac Günündə əkəcəyik”, - deyə cütlük agentliyə açıqlamasında söyləyib.

Tarix
2017.06.27 / 09:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla