Yuxarı

Balakəndə dəhşətli qəza: ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günü Balakən rayonunda baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Balakən-Qazma avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 1941-ci il təvəllüdlü Rəhim Alı oğlu Bayramovun idarə etdiyi VAZ-2106 markalı 08 BE 941 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 1990-cı il təvəllüdlü Tamerlan Sabir oğlu Atayevin idarə etdiyi “Mersedes” markalı 08 BF 891 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəzadan sonra VAZ-2106 markalı avtomobilin sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Zərnişan Sarı qızı Bayramova, nəvəsi, 2013-cü il təvəllüdlü Zərnişan Taleh oğlu Bayramova, Zərnişanın anası, 1969-cu il təvəllüdlü Əminə Kamal qızı Bayramova və “Mersedes”in sürücüsü Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Balakən MRX-dan verilən məlumata görə, yaralılardan 76 yaşlı Rəhim Bayramov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır bədən xəsarətlərindən ölüb. Onun həyat yoldaşı, 70 yaşlı Zərnişan Bayramova ağır qapalı kəllə-beyin travması, sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu və travmatik şok vəziyyətdə, nəvəsi Zərnişan isə üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin gəlini Əminə Bayramova və digər sürücü Tamerlan Atayev xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2017.06.27 / 10:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla