Yuxarı

Bakıda ilk dəfə açılan "MakDonalds" bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının mərkəzində, Fəvvarələr Meydanında yerləşən "MakDonalds"​ restoranlar şəbəkəsinin nümayəndəliyi bağlanıb.

Bu gün səhər saatlarından restorana gələn müştərilər gözlənilmədən restoranın qapısının bağlı olduğunu görüblər. Restoranın qarşısında əyləşən işçilər gələn müştərilərə restoranın hansı səbəbdən bağlanıldığını izah edə bilməyiblər. Musavat.com-un əməkdaşına açıqlama verən işçilərdən birinin sözlərinə görə dünən axşam saatlarından məlum olmayan səbəbdən restoranın işıqları söndürülüb:

“Bununla bağlı rəhbərlik hələ ki, bizə izahat verməyib. Dünən gecə təxminən 4 saatlarında restoranın işıqları məlum olmayan səbəbdən söndürülüb. Lakin bizə bildirilib ki, bu gün axşam 10 radələrində restoran yenidən fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə "MakDonalds" restoranı məhz Fəvvarələr Meydanında 1999-cu ilin noyabrın 6-da açılıb. Hazırda Azərbaycanda 10 "MakDonalds" restoranı fəaliyyət göstərir ki, bu restoranlarda da 850-dən çox əməkdaş çalışır.

Tarix
2017.06.27 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla