Yuxarı

Bakıda İrəvanla bağlı sayt açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi www.iravan2018.com portalını təqdim edib.

Axar.az xəbər verir ki, təşkilatın sədri Zaur Qəriboğlu 10-dan çox QHT-nin üzv olduğu İrəvan-2018 Hərəkatının fəaliyyətinin davamı olaraq portalın yaradıldığını bildirib. Təşkilat sədri layihənin müddətinin bitməsinə baxmayaraq, portal üzərində zamanla təkminləşdirmə işləri aparılacağını qeyd edib:

“Biz ideologiyaya hesablanmış internet resurslarından IP gözləməməliyik. İllərdir ki, bu yalnış yanaşmaya görə ideologiya, informasiya sahəsində mübarizə aparan internet resurslarının fəaliyyəti maliyyə çatışmazlığı ucbatından yarımçıq qalıb. Çünki bu gün pulu ancaq IP yığan, ideoloji hədəfi olmayan saytlara verirlər. Amma düşmən bizdən fərqli olaraq, məhz ideologiyaya hesablanmış resurslarını maksimum ayaqda saxlamağa çalışır”.

BİRA İctimai Birliyinin “Karabakh Today” və yeni istifadəyə verilən “İrəvan2018” portalarının redaktoru Qədir Nəsirov layihə müddətində arxivlərdən İrəvanın güzəştə gedilməsini isbatlayan protokolların da əldə olunaraq, portala yerləşdirildiyini vurğulayıb. Qeyd edib ki, Qərbi Azərbaycanla bağlı bütün ensklopedik materiallar zamanla istifadəçilərə təqdim olunacaq.

Tarix
2017.07.01 / 00:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla