Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Sentyabr 2018


Tanınmış jurnalistin atası vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən ilin fevral ayının 14-də Bakının Nərimanov rayonu ərazisində avtomobil qəzasına düşən və həmin vaxtdan komada olan tanınmış jurnalist İmdad Əlizadənin 71 yaşlı atası, müəllim, yazıçı-publisist Əli Əliyev bu gün vəfat edib.

Lent.az-ın xəbərinə görə, həmin gün Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən yolu keçdiyi vaxt minik avtomobili tərəfindən vurulan Əli Əliyev həmin gündən koma vəziyyətində olub və səhhətində irəliləyiş baş verməyib. Keçən ilin fevralın 22-dək Bakıdakı 1 saylı xəstəxananın (“Semaşko”) reanimasiya şöbəsində saxlanılan və daha sonra Mərkəzi Klinik Xəstəxana və digər özəl klinikalarda müalicə edilən Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.

Əli Əliyev altı övlad atasıdır. Ölkənin tanınmış jurnalistlərindən olan İmdad Əlizadə onun böyük oğludur.

Allah rəhmət eləsin.

Tarix
2017.07.02 / 12:34
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Nazirimizin qızı Rusiyada nazir təyin edildi - Video

Rəis 450 minlə qaçmaq istədi – Polis imkan vermədi

İranla sərhəddə yeni avadanlıq quraşdırılır: Bundan sonra...

Azərbaycanda ilk pullu yol bu oldu - Video

Bakıda torpağın qiyməti bahalaşır

Bakının bu rayonunda qaz olmayacaq

7 marşrut müsabiqəyə çıxarıldı - BNA

İki nazirlik arasında mühüm memorandum...

Zakir Həsənov iranlı nazir müavini ilə görüşdü

Azərbaycanlı xeyriyyəçidən möhtəşəm addım - 22 məktəb

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla