Yuxarı

İzmirə gəzməyə gedən azərbaycanlı fabrik açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk dəfə Azərbaycandan Türkiyəyə 2016-ci ilin mart ayında səyahətə gələn iş adamı Cingiz Əlizadə çox bəyəndiyi İzmirdə məskunlaşaraq bura sərmayə yatırdı. Dünyada çox bəyənilən konsentrat şəkərli yağlı süd olan Türkiyədə isə “Süd Reçeli” kimi tanınan məhsulu Çiğlidə qurduğu müasir fabrikində istehsal edərək bütün Türkiyəyə satmağa başladı.

Virtualaz.org xəbər verir ki, internetdən videolarını izlədiyi İzmirə həyat yoldaşıyla birlikdə turist səfərinə gələn azərbaycanlı biznesmen Çingiz Əlizade İzmiri çox bəyəndiyini bildirib: "Həyat yoldaşımla Türkiyənin bir çox vilayətlərini gəzməyi qərara aldım. 2016-ci ilin mart ayında İzmirə gəldiyimizdə ikimiz də buranı çox bəyəndik. Ən çox da Karşıyaka xoşumuza gəldi. Burada yaşamaqla bağlı qərar verdik və bir ev aldıq. Çox sevdiyimiz İzmirə sərmayə yatırmağı düşünürdüm. İş qurmağa sıra gəldiyində yoldaşımla çox düşündük və ikimizin də ortaq istəyi Türkiyədə olmayan yeni bir şey etmək idi. Rusiya, Ukrayna və Azərbaycanda hətta az qala bütün dünyada geniş istehlak edilən və sevilən “süd reçeli” ilə Türkiyəni tanış etmək qərarına gəldik. Burada bir fabrik quraraq Türkiyə macəramızı başlatmış olduq”, - deyə Çingiz Əlizadə bildirib.

Biznesmen bildirir ki, zavod müxtəlif qablaşdırma qrupları ilə gündəlik 10 ton istehsal tutumuna malikdir. Bu qatılaşdırılmış südü xüsusilə naharlarda, tort və şirniyyatlarda, qəhvə növlərində istifadə etmək mümkündür. Məhsullar steril, əl dəymədən çuğundurdan əldə edilmiş şəkərlə yüksək keyfiyyətli süd tozunun qarışdırılmasından alınır.

Biznesmenin sözlərinə görə, şirkət ISO 22000: 2005 sertifikatına malikdir: “Əslində əsl iş sənədə sahib olmaq deyil, istehsal etdiyimiz məhsulun qatqısız təbii şərtlərə sahib olmasıdır. Biz “Milkstyle Süd Reçeli” olaraq hədəf seçdiyimiz kütlənin məhdudlaşdırmırıq. Çünki istehsal etdiyimiz məhsul 2 yaşından etibarən hər bir şəxsin istifadə edə biləcəyi, tibbi baxımdan son dərəcə faydalı, xüsusilə idman edənlər üçün enerji anbarıdır. Sümüklərin inkişafına də çox müsbət təsiri var. Buna görə uşaqlar üçün də tövsiyə edirik. Türkiyədə və dünyada insanların yaşadığı hər bir nöqtəyə çatdırmağa hazırıq. Xüsusilə marketlər, kafelər, restoranlar, şirniyyat sexlərinə çatdırılmanı planlaşdırırıq.Təbii ki, ilk öncə bütün evlərin mətbəxində olmaq istəyirik", - deyə iş adamı qeyd edir.

Tarix
2017.07.02 / 15:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla