Yuxarı

TV ofisinə basqın edən şəxs ölkədən qaçarkən tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin mart ayında Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyası xidmətinin ofisinə silahlı basqın edərək oranın gözətçisi Hüseyn Dünyamalıyevə xəsarət yetirib daha sonra içərisində 3560 manat olan seyfi, eləcə də gözətçinin mobil telefonunu və 150 manat pulunu aparan şəxslərdən daha biri tutulub.

Lent.az-ın məlumatına görə, Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Kambar Asif Ramiz oğlu Qazax rayonu ərazisində - “Qırmızı Körpü” buraxılış məntəqəsindən qonşu ölkəyə keçmək istəyərkən tutulub.

Qeyd edək ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Kamran İsmayılov daha əvvəl tutularaq istintaqa təhvil verilib.

Bildirilir ki, məlum cinayətlə bağlı daha bir nəfər də axtarışdadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2017.07.16 / 23:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla