Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2017


Ələmdən nəşəyə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ələmdən nəşəyə, yaxud qaranlıqdan işığa


Bəzən bizə elə gəlir ki, bildiyimizi hamı bilir. Ona görə də gördüklərimizə göz yumuruq, eşitdiklərimizi qulaqardına vururuq. Yaxşı ki "uçan ələm"i telefona çəkib sosial şəbəkələrdə yaydılar...

Möcüzə "uçan ələm"lə bağlı deyil, zaman-zaman kiçildilmiş bir ölkədə tanınmış insanların bu şəbihlərdən, məzhəkələrdən xəbərsiz olmasındadı. İnanmıram ki, din adamları bu şoudan xəbərsiz olsun.

Heç bir dini və elmi əsası olmayan bu "məzhəkə"nin tarixi İslamdan çox-

çox əvvələ, Misir ilahları dövrünə təsadüf edir. Neçə şiə mollasına sual verib bu yad ayinin mahiyyətini öyrənməyə çalışmışam. Cavab bir olub: "Ələm Əbülfəzin doğranan əllərinin nişanəsidir, ona görə də Aşurada cuşa gəlir".

Ancaq açıq-aşkar zidd olan bir ayini İslama bu şəkildə calaq edən mövhumatçılar mövcuddur. Adi ağac parçasına çeşidli nəzir yaylıqlarla bəzədilmiş ələmin ərəbcə "bayraq" adlanmasına gəlincə, fikir birmənalı deyil. Aldığım cavablar təxminən belə olub:

1. Ələm Əbülfəzin kəsilən əlinə işarədir.
2. Ələm ərəbcə "bayraq" deməkdir.
3. Ələm, əl sözündəndir, ərəb hərfləri ilə Allah adının oxunuşudur.
Göründüyü kimi, hər üç halda bu ayini İslama bağlamağa çalışırlar.


Cənub bölgəsində ələmin başqa bir adı da var: tuğ adlanır

Tuğ Türk dövlət ənənələrinin əsas atributlardan biri olub. O, dövlətin baş bayrağı idi. Tuğun qalxması ilə döyüş başlanır, tuğun enməsi məğlubiyyəti bildirərdi. Hər dövlətin tuğu bir olardı. Sancaqlar (bayraqlar) isə daha çox olardı.

Tuğ ağac başına bağlanmış at və ya kutuz (yak) quyruğundan ibarət olurdu. Tuğ Ön Asiyanın ən qədim etnoslarından biri olub, hətta e.ə. VIII əsrə aid Urartu mixi yazılarında onların adı keçir. Tuğluların Qarabağda məskunlaşan hissəsi Tuğ məlikliyini yaradıb. Azərbaycanda bu gün də Tuğ adında yaşayış məntəqələri mövcuddur.

Bu fakt bir daha sübut edir ki, ələmin mənası elə bayraq deməkdir. Ələm sözünü "əl"ə və Allah isminin oxunuş formasına bənzətmək xurafat və küfrdür.

Bu ayinin neçə min illik tarixi var. "Tuğ başı" ifadəsi mifoloji təsəvvürlə bağlıdır. Yardımlı şivələrində belə bir deyim var: "Tuğ başını suya qoyanda yağış yağar". Bu ifadə bir daha göstərir ki, qədim insanlar "tuğ başı"ndan "yağış yağdırmaq", bol məhsul əldə etmək üçün istifadə ediblər. Bu ayin bir daha ilahlar dövrünü yada salır.

Görünür, Tuğ kultu İslamın gəlişindən sonra Kərbəla hadisələrini unutmamaq, baş vermiş tarixi hadisələri bir növ səhnələşdirmək məqsədilə tədricən bugünkü sözügedən mərasimə uyğunlaşdırılıb. Tuğun ağac başına bağlanmış at və ya kutuz (yak) quyruğundan ibarət olması da onu göstərir ki, ağac başına bağlanmış at, kutaz quyruğu sonradan parça ilə əvəzlənib. Deməli, tuğ sözü daha qədimdir, ələm kəlməsi isə Azərbaycanda İslamın gəlişindən sonrakı dövrə aiddir. Sözün eyni anlamda paralel şəkildə işlənməsi də bunu söyləməyə əsas verir.

Tuğ ağacın başına bərkidilmiş dəmir, başqa sözlə tuğ başı çox zaman əl və ya beşbarmaq şəklində olur. Bundan başqa ucu iti kiçik dəmir parçasından da istifadə olunur ki, guya bu da imamların atlarının nalından qalmadır...

Təəssüf ki, saxta bir bayrağa bu şəkildə ilahi don geydirərək insanları təsir və qorxu altnda saxlamaq, atil bir topluma çevirmək bu gün də bəzi qövmlərin işinə yaramaqdadır.

Bayraq yellənər, dalğalanar... Bayraq uçmaz, cuşa gəlməz! Cuşa gələn də, uçan da bizim cəhalətimizdi...

Saxta vətənpərvərlik kimi imanşivənlik də bir bəlaya çevrilib bu məmləkətdə! Bu cəhaləti dinə ehtiram əlaməti sayanların səmimiyyətinə inansaq belə, bu, çıxış yolu deyil.

Nə yaxşı ki, uğrunda candan keçməyə, altında birləşməyə üçrəngli bayrağımız var!

Öz milli varlığımızı qorumaq istəyiriksə, öz bayrağımızın altında durmalıyıq!

Dünyanın sivil cəmiyyətlərindən birinə çevrilmək istəyiriksə, öz bayrağımızın altında durmalıyıq...

İslam dəyərlərinə, kamil bir dinə sahib çıxmaq istəyiriksə, yenə öz bayrağımızın altında durmalıyıq!

Tarix
2013.11.20 / 14:28
Müəllif
Şahlar Məmmədov
Şərhlər
loading...
Digər xəbərlər

Usubov həlak olan polisin oğluna vəzifə verdi - Foto

Gömrükdə pirotexniki vasitə və fişənglər aşkarlandı

Seçki məntəqəsində yoxlamalar ləğv edilir

Vergilər naziri Təhsil Nazirliyi kollegiyasının sədridir

Magistraturada ixtisas dəyişmək qadağan edildi - Qanun

Artur Rasizadə onları işdən çıxardı

Murad Rəhimov sədr təyin olundu

Ermənilər cəbhə xəttini atəşə tutdu

2018: Sarı İt ilində bizi nələr gözləyir? - Proqnoz

İranda daha bir dağıdıcı zəlzələ - Təcili

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla