Yuxarı

Gömrükdə külli miqdarda narkotik tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Azərbaycan vətəndaşı gömrük nəzarəti həyata keçirilən salona daxil olaraq, İranda ona 1 ədəd sellofan torbada müxtəlif şirniyyat verildiyini və həmin şirniyyatın içərisində narkotik maddələrin gizlədildiyini bildirib.

DGK-dan Axar.az-a verilən məlumata görə, bundan sonra vətəndaşın təqdim etdiyi sellofan torbadakı şirniyyat yoxlanılıb və 3 ədəd şokoladlı biskvitin içərisində, yəni biskvitlərin yerinə yığılmış vəziyyətdə, cəmi 8 büküm narkotik vasitə və psixotrop maddə aşkar olunub.

Həmin bükümlərdən 3 ədədində qablaşdırılması ilə birgə ümumi xalis çəkisi 646,099 qram olan heroin, 1 bükümdə xalis çəkisi 29,571 qram olan metamfetamin, 1 ədəd bükümdə xalis çəkisi 3,805 qram olan tiryək, 1 bükümdə 49 ədəd metadon adlı həb, 2 ədəd rezin şara doldurulmuş vəziyyətdə isə ümumi həcmi 411 ml olan metadon məhlulu çıxıb.

Vətəndaş izahatında narkotik vasitə və psixotrop maddələri ona İranda Ramin adlı İran vətəndaşının verdiyini və gömrük sərhədini keçdikdən sonra "Qoşa Təpə" gömrük postunun qarşısında bir nəfərin ona yaxınlaşaraq qəbul edəcəyini bildirib.

Daha sonra aşkar edilən narkotik vasitə və psixotrop maddələri qəbul edəcək şəxs və ya şəxslər müəyyənləşdirilərək onların saxlanılması üçün əməliyyat tədbirləri keçirilib. Əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşları olan həmin şəxslərdən biri gömrük postunun qarşısında, üç nəfəri isə Bakı şəhəri ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2017.07.20 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla