Yuxarı

Bu avtomobil yolunda torpaq uçqunu baş verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunda torpaq uçqunu baş verib, iki nöqtədə yol çöküb. Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədi ilə yolda təmir işlərinə başlanılıb.

Report xəbər verir ki, dünən axşam yolun 106-107-ci km-də iri torpaq yığını avtomobillərin intensiv hərəkət etdiyi yola tökülüb. Səhər saatlarından etibarən yola tökülən torpaq kütləsi texnika vasitəsilə ərazidən təmizlənir.

Yerli sakinlərin sözlərinə görə, həmin ərazilərdə dəfələrlə sürüşmələr baş verib, hazırda isə uçqun səngimir. Yolun bu hissəsində baş verən torpaq uçqunun qarşısını almaq üçün istinad divarı çəkilsə də sürüşmənin qarşısını almaq qeyri mümkündür. Sonuncu sürüşmə nəticəsində torpaq kütləsi beton piltələrin üzərindən yola töklüb.

Ərazinin olduqca sürüşməyə meyilli olması və son günlər sürüşmələrin aktivləşməsi rayonun Yol İdarəsini hərəkətə gətirib. Bu səbəbdən baş verəcək ani torpaq uçqunlarına vaxtında müdaxilə etmək məqəsdi ilə həmin ərazidə texnika növbəli şəkildə saxlanılır. Yol Şamaxı rayon Yol İdarəsinin nəzarətindədir.

Yolun 109-132-ci km-də isə yol çöküb. Asfalt örtüyündə çalalar yaranıb. Bu da həmin ərazidə avtomobilərin hərəkətinə qisməndə olsa mənfi təsir edib. Bu səbəbdən sözü gedən ərazidə təmir işlərinə başlanılıb, çökmüş yola yeni asfalt vurulur.

Tarix
2017.07.21 / 21:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla