Yuxarı

Bakıda 9 bal gücündə zəlzələ ola bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar qonşu ölkələrdə, eləcə də, Azərbaycanda zəlzələlərin sayı çoxalıb. Bu məsələlərə aydınlıq gətirmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-in suallarını cavablandırıb.

- Son vaxtlar qonşu ölkələrdə baş verən zəlzələlər Azərbaycan ərazisində nə qədər təsir gücünə malikdir?
- Ölkəmizə qonşu olan Gürcüstanda, Ermənistanda, İranda, Rusiyanın Dağıstan ərazisində mütamadi olaraq yeraltı təkanlar olur və olacaq. Azərbaycan kimi bu ərazilər də seysmik baxımdan aktiv zonalardır. İran ərazisində çox dərin zaqros qırılması baş verir və digər hadisələrdən çox fərqlənir. Zaqros qırılması boyunca daha güclü zəlzələlərin baş verməsi qeydə alınıb. Bundan sonra da İran üçün ən təhlükəli zona buradır. Bu qırılma ən aktiv və dünyada məşhur tektonik zonadır.
Qafqaza gəldikdə isə, 1668-ci ildə Şamaxıda baş vermiş zəlzələ ən güclü zəlzələ hesab edilir. Azərbaycanda belə güclü zəlzələlər baş verib və bundan sonra da baş verə bilər. Ermənistan da zəlzələlər üçün aktiv zonadır. Deyim ki, bu yeraltı təkanların bir-biri ilə əlaqəsi yoxdur. Ərazidəki seysmik zonalar ayrıca fəaliyyət göstərir. Onların hər biri müəyyən vaxtlarda aktivləşə bilər.
Təbii ki, ölkəmizə yaxın ərazidə baş verən zəlzələlər bizim üçün də təhlükə yarada bilər. Zəlzələ sərhəd tanımır. İranda baş verən yeraltı təkanlar dəfələrlə Naxçıvan, Lənkəran zonasında hiss olunub. 1988-ci ildə Ermənistanda baş verən güclü zəlzələ Azərbaycan ərazisində də aydın hiss olunmuşdu. 2000-ci ildə Bakıda güclü zəlzələ baş vermişdi, ondan bir neçə vaxt sonra dekabrın 7-də Türkmənistanda da güclü zəlzələ oldu. Həmin zəlzələnin təsiri hətta bizim ərazidə də aydın hiss olundu. Bəziləri araşdırmamış elə düşündülər və bildirdilər ki, həmin yeraltı təkanlar Bakıda baş verən zəlzələnin afterşoklarıdır. Çünki Türkmənistanda baş verən zəlzələ Bakıda 4 bal gücündə hiss olunmuşdu.
- Demək qonşu ölkələrdə güclü yeraltı təkan olarsa, bu bizim üçün də təhlükə yarada bilər?
- Biz seysmoloqlar adətən harada nə qədər zəlzələ ola biləcəyi barədə araşdırmalar aparırıq. Bunun nəticəsi olaraq seysmoloji xəritələr hazırlayırıq. Bu xəritələr hazırlanarkən sərhəd bölgələrində baş verə biləcək yeraltı təkanlar da öyrənilir. Həmin yeraltı təkanların Azərbaycana ərazilərində nə kimi təsirə malik ola biləcəyi və törədə biləcəyi problemləri də öyrənilir. Biz kənardan gələn təsiri də qiymətləndiririk.
- Hazırda Azərbaycan üçün ən təhlükəli zəlzələ ocaqları hansı bölgələrdədir?
- Ən təhlükəli zəlzələ ocaqları Böyük Qafqazın, Kiçik Qafqazın Azərbaycan hissələri, Xəzər dənizində güclü zəlzələ ocaqları var. Bundan başqa, digər ərazilərdə orta güclü zəlzələrin olması mümkündür. Lakin həmin ocaqlarda yeraltı təkanlar baş verərsə, yalnız həmin ərazilər deyil, digər yaxın ərazilər də titrəyişə məruz qala bilər.
Ümumilikdə Azərbaycanda seysmik təhlükə 8 bal, Böyük və Kiçik Qafqaz əraziləri isə 9 ballıq zonalar kimi rəsmi olaraq təsdiqlənib. Azərbaycan bütünlüklə seysmik təhlükəli ərazidir.
- Yapon alimləri iddia edirlər ki, zəlzələni öncədən hesablayıb, deyə biləcək avadanlıqlar hazırlayıblar. Bəs Azərbaycanda belə avadanlıqların quraşdırılması mümkündürmü?
- Hələ ki, indiyə qədər zəlzələni əvvəlcədən xəbər verə biləcək cihaz hazırlanmayıb. Hətta bu ixtira yaponların özlərinə belə qismət olmayıb. Azərbaycanda isə Amerikadan xüsusi cihazlar alınıb. Bu cihazlar vasitəsilə Xəzər dənizində quraşdırılır. Quraşdırılan avadanlıqlar vasitəsilə dənizin ən dərin nöqtəsində belə baş verə biləcək ən kiçik titrəyiş qeydə alınacaq. Qeydə alınan məlumatlar nə qədər çox və nə qədər dəqiq olsa, gələcəkdə seysmik təhlükənin qiymətləndirilməsi məsələsi də bir o qədər etibarlı olacaq. Zəlzələdən əvvəlcədən xəbər verməkdənsə, ona qarşı tədbir görmək lazımdır.
- Bakıda maksimum neçə bal gücündə zəlzələ baş verə bilər?
- Paytaxt ərazisi baş verə biləcək yeraltı təkan 12 ballıq cədvəllə 8 bal qiymətləndirilir. Lakin yerli qurut şəraitinə uyğun olaraq bu səviyyə arta bilər. Yəni ola bilər ki, Bakının müəyyən ərazisində 9 bal gücündə zəlzələ baş versin. Buna görə də, Bakıda tikilən binalar 9 bala uyğun olmalıdır.
- İndi yeni binaların tikintisi zamanı belə rəy alınırmı?
- Yeni tikintilər zamanı Seysmoloji Mərkəzdən mütləq rəy alınır. Tikilən binanın yerində maksimum neçə bal gücündə zəlzələ ola biləcəyi barədə rəy alınır. Sonradan tikinti həmin rəyə uyğun olaraq aparılır. Lakin tikintiyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları nəzarət edir.
- Sizcə, Bakıda köhnə binalar daha çox davamlıdır, yoxsa yeni tikililər?
- Allah eləməsin, Bakıda 9 bal zəlzələ olarsa, köhnə binaların hamısı dağılacaq. Bu o demək deyil ki, sovet dövründə binalar pis tikilirdi. Sovet dövründə 1980-cı ildə seysmoloji xətirədə paytaxtın seysmik göstəriciləri Bakı və Abşeron ərazisin 6 ballıq qiymətləndirilirdi. Sonralar bu 7 bal kimi qiymətləndirilib və 1991-ci ilə kimi bu belə olub. Bu tarixə qədər tikilən binalar 7 bala qədər dözümlü olub. İndi isə Bakıdakı tektonik zona 9 bal qiymətləndirilir. Yeni tikilən binalar isə 9 balla uyğundur.
- 2000-ci ildə Bakıda baş verən 6 ballıq zəlzələ binalarda, tikinti obyektlərində dayanaqlıq gücünü zəiflədə bilərmi?
- Həmin zəlzələ ola bilməz ki, binalara təsir etməsin. Baş verən zəlzələ binaların özülünü tərpədərək, onların dayanaqlıq gücünü zəiflədə bilər. Düşünürəm ki, həmin binalar müasir seysmik zonalara uyğun deyil. Həmin binaların özülü bərkidilməlidir. Daha yaxşı olardı ki, köhnə binalar sökülüb, yeni seysmoloji məlumatlara uyğun tikilsin.
- Bəs zəlzələ bşa verərsə, əhali nə etməlidir?
- Əgər zəlzələ baş vermiş ərazidə zədələnmiş binalar varsa, bu binalara girmək məqsədə uyğun deyil. Çünki həmin avterşoklar zədələnmiş binanı bir az da silkələyib dağıda bilər. Ona görə də zədələnmiş binada yaşamaq təhlükəlidir.
Tarix
2013.11.20 / 15:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla