Yuxarı

Çaylarda sululuq səviyyəsi açıqlandı - Son 10 gün...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.

Axar.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyulun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 100 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 40,5 m3/s olmaqla, ongünlük normanın 46 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 105 m3/s təşkil edərək ongünlük normanın 119 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 2, Salyanda 3 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2016-cı il iyulun 21-də 357 sm), Şirvanda 163 sm, Salyanda 77 sm (2016-cı il iyulun 21-də 127 sm), Bankədə 167 sm (2016-cı il iyulun 21-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 43 sm (2016-cı il iyulun 21-də 68 sm) təşkil edir.

Tarix
2017.07.23 / 13:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla