Yuxarı

Bakı-Qazax yolunda eyni anda 3 qəza: 5 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib.

Report-un məlumatına görə, əvvəlcə 99-LF-265 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil digər bir maşınla toqquşub. Onların arxasınca gələn 20-CE-897 dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşını isə qəzadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarına çıxaraq aşıb. Maşının yük yerində olan qum ətrafa dağılıb.

Hadisənin baş verdiyi zaman yolun sağ tərəfində hərəkətdə olan "Mersedes-Benz" markalı avtomobilin sürücüsünün diqqəti qəzada olduğundan o da qarşıdakı "Lada" markalı avtomobilə çırpılıb və yoldan çıxıb.

Bildirilir ki, üçüncü qəza "Lada"nın sürücüsünün sürəti azaltması səbəbindən baş verib. "Lada" markalı avtomobildəkilər musiqiçi olublar və şənlik evinə gedirlərmiş.

Qəza zamanı "Kamaz"ın sürücüsü ağır, digər avtomobillərin sürücüləri və 2 sərnişin isə yüngül xəsarət alıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

Tarix
2017.07.23 / 21:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla