Yuxarı

FHN-dən Yasamaldakı yanğınla bağlı açıqlama - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:53

Bakıda İzmir parkının yaxınlığında yerləşən yaşayış binasında yanğın başlayıb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın baş verən binanın sakinləri təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.

APA-nın xəbərinə görə, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.

Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Hazırda yanğın lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

***

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

FHN-dən Axar.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 m2 olan çardağının yanar konstruksiyaları və vətəndaşa məxsus sahəsi 36 m2 olan 1 otaq yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2017.07.24 / 14:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla