Yuxarı

700 bal toplayan abituriyent gələcək planından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk imtahanda iştirak edəndə yalnız bir suala cavab verə bilmədiyim üçün 695 bal toplamışdım. Qarşıma məqsəd qoydum ki, ikinci imtahanda mütləq şəkildə 700 bal yığacam və istəyimə də nail oldum.

Bunu Report-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin iyulun 22-də keçirdiyi qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək 700 balı toplayan Bakı şəhəri, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova deyib.

O bildirib ki, iki il hazırlığa gedib: “Məktəbdə oxuyarkən kimya olimpiadasında final mərhələsinə çıxmışdım. Bilik yarışlarında da iştirak etmişəm. Məktəbi fərqlənmə attestatı ilə bitirmişəm”.

J.Məmmədova iki ixtisas arasında seçim edəcəyini deyib:

“Ya proseslərin avtomatlaşdırılması, yaxud da kimya mühəndisliyi ixtisasını seçmək istəyirəm. Hansı ali təhsil müəssisəsini seçəcəyim barədə dəqiq qərarım yoxdur. Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”.

O, həmçinin nəticələri elə indi öyrəndiyini qeyd edib: “Cavabı elə indi öyrənmişəm. Təbii ki, ilk sevincimi də ailəmlə bölüşdüm”.

Tarix
2017.07.24 / 19:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla