Yuxarı

Yardımlıda qədim yaşayış yerləri aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Yardımlı arxeoloji ekspedisiyası" Yardımlı rayonu ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidələr aşkar edib.

Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə Trend-ə bildirib ki, qazıntılar Sarıbulaq və ya Çiçəkli yaylaqlarında, dəniz səviyyəsindən 2000 m yüksəklikdə salınmış çoxlu sayda qəbir abidələri müxtəlif struktura malik kurqanlar və daş qutu qəbirlərində aparılıb:

"Kurqanlarda apardığımız arxeoloji qazıntılar zamanı çoxlu sayda saxsı fraqmentləri, əmək alətləri, ocaq yeri və heyvan sümüklərinə rast gəlinib. Güman edirik ki, bunlar ritual xarakterli dəfn abidələri olub və həm son tunc – ilk dəmir dövrü, həm də bölgə üçün xarakterikdir. Eyni zamanda müəyyənləşdirdik ki, ərazidə 2 tip kurqanlar daş örtüklü kurqanlar və ətrafı kromlexli, dəfn kamerası isə daş qutu tipli kurqanlar mövcud olub. Bütün bu müxtəliflik bölgədə e.ə. II minilliyin sonu – I minilliyin əvvəlində (son tunc-ilk dəmir dövrü) yarımköçəri həyat tərzi sürən insanların mənəvi mədəniyyəti və dəfn adətlərinin izlənilməsi üçün çox əhəmiyyətli faktlardır".

A.Ağalarzadə deyib ki, qəbir abidələrindən götürülmüş kömür qalıqları və heyvan sümükləri təyinatı və tarixi dəqiqlədirmək üçün müvafiq laboratoriyalara təqdim ediləcək.

Ekspedisiya rəhbəri əlavə edib ki, arxeoloji kəşfiyyat işləri zamanı bölgədə yerləşən Elbəyi, Cəlalyurdu, Şahnişin, Dərəkeçməz yaylaqlarında qədim yurd yerləri aşkar edilib: "Bu yaşayış yerləri üzərində indi də müasir obalar salınıb. Bu da Azərbaycan xalqının minillər boyu öz təsərrüfat həyatında ənənəvilik prinsiplərini qoruyub saxladığına əyani sübutdur".

Tarix
2017.07.24 / 22:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla