Yuxarı

700 bal toplayan Ziya danışdı: Bu ölkəyə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün DİM I və IV ixtisas qruplarının abituriyentləri üçün iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. Belə ki, imtahanda I ixtisas qrupu üzrə iki abituriyent, IV ixtisas qrupu üzrə isə bir abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb. Müslümov Ziya Qurbanxan oğlu da 700 bal toplayan abituriyentlərdən biridir.

O, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdidir. IV qrup üzrə imtahan verən Ziya təəssüratlarını Musavat.com-la bölüşüb:

- 700 bal toplayacağını gözləyirdin?

- Dərslərimə hər zaman ciddi yanaşmışam. Müəllimlərimi diqqətlə dinləmişəm, tapşırıqlarımı vaxtında həll etmişəm. Özümə inanırdım və 700 bal toplayacağımı gözləyirdim. Birinci imtahandan 695 bal toplamışdım. İmtahandan sonra valideynlərimin və müəllimlərimin dəstəyi ən yüksək balı toplamağıma kömək oldu.

- 700 bal toplamağın sirri nədədir? Bəzən şablon sözlər olur, "Televizora baxmırdım, sosial şəbəkədən istifadə etmirdim” deyə. Özünə nə isə məhdudiyyət qoymuşdun?

- Bunun üçün rejim təşkil etmək lazımdır. Bəziləri istirahət etmədən oxuyur. Bu, düzgün deyil. İstirahətə də vaxt ayırmaq lazımdır. Mən sosial şəbəkədəki hesablarımı bağlamışdım. Bu qadağanı özümə qoymuşdum. Çalışırdım ki, lazımsız məşğuliyyətlərdən uzaq olum. Boş vaxtlarımı film izləyərək keçirirdim.

- Bəzən valideynlər övladlarını imtahan öncəsi daha da stressə salacaq sözlər deyirlər, basqı edirlər. Valideynlərinin təzyiqi olub?

- Heç vaxt valideynlərim mənə təzyiq etməyib, daim dəstək olublar. Hətta birinci imtahanda topadığım balın yetərli olduğunu deyidilər. Mən öz istəyimlə ikinci imtahana girdim. Çünki hədəfim 700 bal idi. Çünki 700 bal gələcək karyeramda mənə motivasiya olacaq.

- Azərbaycanlı şagirdlərin əsas məqsədi universitetə daxil olmaqdır. Ondan sonranı düşünmürlər. Sən bundan sonra nə düşünürsən, universitetdən sonra təhsilini davam etdirəcəksən?

- Əlbəttə, təhsilimi davam etdirəcəyəm. Mən IV qrupam, gələcəyin həkimiyəm. Ona görə daim öyrənməliyəm. Bir il Azərbaycanda oxuyub təhsilimi Almaniyada davam etdirməyi planlayıram.

- Universitetə hazırlaşanlara və onların valideynlərinə nə məsləhət görərdin?

- İmtahana stress keçirib, getmək lazım deyil. Ən böyük səhv imtahanda həyəcanlanmaqdır. Universitetdə oxuyan çox adam görmüşəm. Müşahidələrim göstərir ki, universitet həyatı daha çətindir. Ona görə də ora daha ciddi hazırlaşmaq və imtahanda yüksək bal toplamaq böyük üstünlükdür.

Valideynlərə isə məsləhət görürəm ki, övladlarına təzyiq göstərməsinlər. Valideyn dəstəyi görən abituriyentin yüksək nəticə göstərməməyi mümkün deyil.

Tarix
2017.07.24 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla