Yuxarı

Bakıda velosiped yolları çəkiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı küçələrinin darlığı velosiped yolarının çəkilməsinə imkan vermir. Ancaq şəhərətrafı, geniş yollarda velosiped zolaqlarının çəkilməsini gələcək layihələrimizdə nəzərdə tutmuşuq.

Axar.az xəbər verir ki, bu sözləri Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli modern.az-a velosiped yoolarının salınması ilə bağlı danışarkən deyib.

Onun sözlrinə görə, hələlik respublika ərazisində velosiped zolaqlarının çəkilməsi praktikası yoxdur:

“Şəhər mərkəzində bu praktikanın tətbiqi çətindir. Beynəlxalq praktikaya əsasən velosiped zolaqları çəkilərkən zərurətin olması, hərkətin intensivliyi, yolun genişliyi kimi məsələlər araşdırılmalıdır. Heydər Əliyev prospektində velosiped sürmək mümkündür və bu, nəqliyyat iştirakçılarının həyatı üçün təhlükə yaratmır. Həmin yolda ayrıca velosiped zolağı ola da bilər, olmaya da bilər”.

A.Nəcəflisinin sözlərinə görə, bəzi yollarda velosiped zolaqlarının salınması üçün şərait yoxdur:

“Mərkəzi yollarda velosipedin gedib-qayıtması üçün zolağın salınmasına şərait yoxdur. Sovet dövründə şəhərsalma zamanı bunlar nəzərə alınmayıb. Amma velosiped zolaqlarının salınması yeni yollarda nəzərdə tutulub. Bu yaxınlarda reallaşacaq layihədə ilk dəfə həyata keçiriləcək”.

Qeyd edək ki, İsmayıllıda açılan “İSMA BİKES” velosiped istehsalı zavodu 2017-ci ilin iyulundan tam olaraq fəaliyyətə başlayıb. Zavodda 38 modeldə 49 velosiped təqdim olunub. Ölkədə velosiped istehsal edən zavod fəaliyyət göstərsə də, hələlik respublika ərazisində bir dənə də velosiped zolağı yoxdur.

Tarix
2017.07.25 / 12:18
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla