Yuxarı

Halal otellər niyə yaradılmalıdır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad İstehlakçılar İctimai Birliyi halal otel təşkil etmək istəyənlərə təmənnasız olaraq kömək etməyə hazırdır.

Bu sözləri Axar.az-a Azad İstehlakçılar İB-in sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, son dövrlərin aktual məsələlərinndən bir də halal turizmdir:

“Bu məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinə çoxsaylı telefon zəngləri daxil olur. Əsas da İslam Həmrəylik Oyunları və ondan sonrakı dövrlərdə ölkəmizə gələn turistlərin sayı artıq bu sahədə ciddi düşünməyə vadar edib.

Bu gün dünya əhalisin (7.5 milyard) hər yeddi nəfərdən biri müsəlmandır (1.7 milyard). Bu öz-özlüyünə böyük rəqəmdir və müvafiq olaraq da turizmdə müəyyən payı var. Umumilikdə halal iqtisadiyyatın həcmi (bank, qida, turizm və s.) 3 trilyon dollar dəyərində qiymətləndirilir. Halal turizm ümumi turizmin təqribən 10 faizin təşkil edir və 2020-ci ilə kimi bu rəqəm 233 milyard dollara çatacaq”.

E.Hüseynov bildirib ki, halal turizm xidməti göstərən bir müəssisə təklif etdiyi otelin infrastrukturu, verilən qidalar, otel nömrələrinin quruluşu, nömrələrdə mövcud olan şəxsi gigyena vasitələri (diş fırçası, şampun və s.), oteldəki əyləncə yerləri, bank xidmətləri, işçilərin geyimləri və s. İslam prinsiplərinə uyğun qurulmalıdır:

“Əslində bu siyahını daha da uzatmaq mümkündür. Lakin əsas məqsəd istehlakçlarda ilkin təəssüratın yaradılması olduğu üçün bir az daha lokanik olduq. Bu məlumatları yaymaqla AİİB halal otel təşkil etmək istəyənlərə təmənnasız olaraq kömək etməyə hazırdır”.

Tarix
2017.07.26 / 12:18
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla