Yuxarı

Tanınmış biznesmenin arvadına 9 il həbs tələbi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror çıxş edib. Prokuror Təyminə Abdullayevanın 9 il müddətinə azadləqdan məhrum edilməsini istəyib.

Daha sonra Təyminə Abdullayevanın vəkili Vasif İsrafilov çıxış edib. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasımın istəyib.

Növbəti proses iyulun 28-də davam edəcək.

İttihama görə, Təyminə Abdullayeva ötən il iyunun 21-də polis tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib. O, biznesmen olan həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında həbs edilib. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb, pulunu ələ keçirmək məqsədilə şəxsiyyət vəsiqəsini saxtalaşdırıb.

Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirib, ona 890 min manat məbləğində ziyan vurub.

Təqsirləndirilən şəxs isə bildirib ki, Əhmədli metrosunun yaxınlığında yerləşən "Vesta" gözəllik salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonun sahibi kimi təqdim edərək oranı Təyminə Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. Səkinə İsmayılovanın təklifi əsasında Təyminə Abdullayeva evini girov qoyaraq Faktor Lizing MMC-dən kredit götürüb, həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alındığı, pulun yarısını Səkinənin ödədiyi barədə qeydləri görüb və digər sənədləri imzalamaqdan imtina edib.

MMC bir neçə ay sonra Təyminə Abdullayevaya pul ödəmədən evi Səkinə İsmayılovaya satıb.

Cinayətdə adı keçən Səkinə İsmayılova bir müddət əvvəl saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilərək həbs edilib.

Xatırladaq ki, hazırda Səbail rayon Məhkəməsində Barat Abdullayev və Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmə prosesi davam edir.

Tarix
2017.07.26 / 13:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla