Yuxarı

Röyanın milyonluq bağ evi müsadirə olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün həbs olunan sahibkar, müğənni Röyanın eks-qayınatası Çingiz Cəlilovun cinayət işi ilə əlaqədar son günlər baş vermiş əməliyyatların təfərrüatları məlum olub.

Big.az-ın əldə etdiyi məlumata görə, hələ keçən ay Cəlilovun sahibi olduğu "Çudo peçka" dükanlar şəbəkəsinə daxil olan bütün iaşə obyektlə vergi borclarına görə möhürlənərək bağlanıb.

Bundan sonra Cəlilovun adına olan milyonlarla dəyəri olan bağ evləri və Bakıda yerləşən yaşayış evləri müsadirə olaraq əlindən alınıb.

Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının guya Röyaya bağışladığı Nabranda tikdirdiyi bir neçə milyon dəyəri olan bağ evi də əlindən alınıb.

Xatırladaq ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2017.07.26 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Məmmədov işdən çıxarıldı

Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN

COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova

Fəzail Ağamalıdan yayılan xəbərlərə: Utanmıram!

Azərbaycanın 37 vətəndaşı Almaniyadan geri qaytarıldı

Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya - Foto

Bələdiyyə seçkilərinə bu tarixdə yekun vurulacaq

Duda Azərbaycanla sərhəddə... - Video

Azərbaycanda 29 yanvara seçki təyin edildi

İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla