Yuxarı

Seyid Yəhya Bakuvi və Xəlvətilik simpoziumu keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ilin UNESCO tərəfindən böyük türk mütəsəvvifi Seyid Yəhya Bakuvinin 550-ci ildönümünə həsr edilməsi münasibətilə il boyunca keçirilən silsilə tədbirlərdən ən önəmlisi bu yaxınlarda baş tutacaq.

Ərdəhan Universitetinin başçılıq etdiyi "Kafkasya Üniversiteler Birliyi" və Azərbaycan Qafqaz Universitetinin əməkdaşlığı ilə noyabr ayının 21-22-sində Türkiyədə Əskişəhərdə, 24-25 tarixlərində Bakıda "Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz - Beynəlxalq Seyid Yəhya Şirvani və Xəlvətilik Simpoziumu" keçiriləcək.

Türkiyədən Təhsil Nazirliyi, Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Agentliyi, Eskişehir Valiliyi, Osmangazi Universitetinin, Azərbaycandan isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, MİRAS və Gəncliyə Yardım Fondunun də dəstək verdiyi proqram çərçivəsində Seyid Yəhya Şirvani və Xəlvətilik haqqında elmi simpozium reallaşdırılacaq.

Tədbirdə Amerika Birləşmiş Ştatları (ABŞ), Azərbaycan, Qırğızıstan, Türkiyə kimi ölkələr başda olmaqla dünyanın dörd bir tərəfindən təsəvvüf, ədəbiyyat, tarix sahələrində çalışan elm xadimləri iştirak edəcək.

Tarix
2013.11.20 / 16:36
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla