Yuxarı

Kül olmuş “Karvan”dan reportaj - Son görüntülәr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər Karvan Ticarət Mərkəzində baş verən yanğından sonrakı vəziyyəti öyrənmək üçün hadisə baş verən ərazidə olduq.

"Burda təmizləmə işləri artıq başa çatıb. Artıq təmir-bərpa işlərinə start veriləcək",- bu sözləri bizə adını açıqlamayan, amma bizi orda görər–görməz qaça-qaça gəlib yaxınlaşan adam söylədi. Əvvəlcə hardan gəldiyimizi soruşdu, daha sonra isə tələm-tələsik danışıb getdi. Ondan kim olduğunu soruşduq, o isə sadəcə, fəhlələrin artıq-əskik danışmaması üçün bizə yaxınlaşdığını dedi.

Ondan öyrəndik ki, "Karvan"da bərpa işlərini 3-4 şirkət birgə aparır. Ancaq şirkətlərin adını bilmir.

Ticarət mərkəzində çalışan türkiyəli işçinin dediyinə görə isə, bərpa işlərini aparan şirkət "Uğur Yapı"dır.

Ticarət Mərkəzinin yanması bir möcüzə oldu

"Karvan"ın Ticarət Mərkəzinin direktoru Ağamirzə Rəhimov bildirdi ki, yanğın eyni zamanda 6-7 yerdə baş verdiyinə görə söndürmək mümkün olmadı:

"Hələ avqust ayında şəhərdə bir şayiə yaydılar ki, guya ticarət mərkəzi yanıb, külə çevrilib. Ondan bir ay keçəndən sonra isə bildiyiniz bu hadisə baş verdi. Ancaq sizin vasitənizlə hamısıya səslənirəm: düşmənlər sevinməsin, iki aydan sonra bərpa işləri yekunlaşacaq və Mərkəz yenidən fəaliyyətini davam etdirəcək".

Mərkəzin direktoru hansı şirkətin bərpa işlərinin apardığını isə bilmir: "Vallah, yaddaşım xarab olub, xatırlamıram".

Sahibkarlar yanğını qəsd hesab edir

Karvan Ticarət mərkəzində yanğından sonra yurdsuz-yuvasız qalan sahibkarlar "Bazarstore Ticarət Mərkəzi"nin ikinci mərtəbəsində yerləşən Şadlıq sarayına sığınıblar. Şadlıq sarayı bazara çevrilib. Burda onlar yer haqqı ödəmədən öz mallarını satırlar. Sahibkarlarla elə burda görüşdük.

Sahibkar Rəfiqə Rzayeva yanğın baş verən zaman 30 min manatlıq malının yandığını deyir:

- Hər kimin qurması idisə yazıq kasıbın malı getdi ortada. Hər yerə - Prezident Aparatınacan müraciət etmişik, amma kiminsə bizə yardım edəcəyinə ümidimiz qalmayıb. Burda 6 min işçi çalışırdı. Hər birimizə müxtəlif məbləğlərdə ziyan dəyib. Prezident Aparatında qəbulda olduq, bizə gözləməyi məsləhət gördülər. Biz də gözləyirik.

Sahibkarlar yanğının hər hansı bir ehtimal üzündən deyil, qəsdən törədildiyini iddia edirlər.

Onlara dəyən ziyanının ödənilməsinə gəlincə, FHN və Prezident Aparatından gözləmək məsləhət görülüb, onlar da gözləməkdən başqa bir çarə olmadığını deyirlər.

Tarix
2013.11.20 / 16:50
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla