Yuxarı

BMT ilə BAMF arasında müzakirə keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşüb.

BAMF-ın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə tərəflər bir sıra məsələlərlə bağlı, o cümlədən BMT-nin Azərbaycandakı nümayəndəliyi və agentlikləri ilə BAMF arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə təşəbbüslərin və layihələrin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.

Umud Mirzəyev qonağa BAMF haqqında geniş məlumat verib, rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən danışıb. O, həmçinin Q.İsakzainin cəbhə bölgəsində əhalinin yaşayış vəziyyəti ilə yaxından tanış olmaq üçün Tərtərə etdikləri birgə səfəri xatırlayaraq, belə səfərlərin mütəmadi hal almasını arzuladığını bildirib. Bundan əlavə, BAMF prezidenti müxtəlif regionlarda həyata keçirilən layihələr barədə də danışıb. U.Mirzəyev regionda sülhün təbliğ olunmasının vacibliyini bildirib. Qeyd edib ki, münaqişədən ən çox adi insanlar əziyyət çəkirlər.

BAMF-ın reallaşdırdığı layihələri yüksək qiymətləndirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai bildirib ki, BMT-in Azərbaycandakı strukturları ölkəmizin vətəndaş cəmiyyətinin aparıcı təmsilçilərindən biri olan BAMF ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlıdır.

Sonda Q.İsakzai fondun və “Eurasiadiary” portalının iş şəraiti ilə tanış olub. Redaksiya heyəti ilə portalın fəaliyyəti barədə qısa söhbət edən Q.İsakzai BAMF-ın təlim mərkəzinə və xüsusi videoçarxların, sənədli filmlərin çəkilişi ilə məşğul olan “Avrasiya prodakşın”-ın studiyasına baxış keçirib. Qonaq, həmçinin BMT-nin Cenevrədəki qərargahında təqdim olunan və BAMF-ın Tərtərin təmas xəttinə yaxın Həsənqaya və Şıxarx kəndlərində yaşayan uşaqlarla bağlı hazırladığı “Müharibə Uşaqları” adlı xüsusi videoçarxa baxıb.

Tarix
2017.08.01 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla