Yuxarı

Nazirlik əlilliyi olan şəxslərə yardım etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar-iyul aylarında əlilliyi olan şəxslər 17 471 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, əlilliyi olan şəxslərə protez-ortopedik məmulat və reabilitasiya vasitəsini nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi verib.

Həmçinin 5 714 nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 697 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib. Qeyd olunan dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 351 nəfər əlilliyi olan şəxs protezlə hərəkət edilmənin öyrədilməsi, anadangəlmə bəzi qüsur və deformasiyaların, habelə serebral iflicin fəsadlarının aradan qaldırılması və s. məqsədilə stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunub.

Tarix
2017.08.02 / 16:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla