Yuxarı

Bu rayonda müalicəvi turizm şəhərciyi salınacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin cənub bölgəsinin turizm məkanlarından biri də Masallı rayonudur. Bu ilin birinci yarısında rayonda fəaliyyət göstərən 33 turizm obyekti 13600 turisti qəbul edib. Turistlərin 1110 nəfəri xarici vətəndaşlar olub.

Axar.az xəbər verir ki, Masallıda turizmin sürətli inkişafını təmin etmək məqsədi ilə rayonda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.

Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Masallıya növbəti səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı rayonda turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılıb və bu təklif dövlətimizin başçısı tərəfindən bəyənilib. Artıq turizm istirahət kompleksinin tikinti-layihə sənədlərinin hazırlanmasına başlanılıb.

Kompleksin rayonun Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolu boyunca 10 hektar sahədə tikilməsi nəzərdə tutulub.

Layihənin icrası Masallıda, o cümlədən ölkəmizin cənub bölgəsində turizmin inkişafına böyük təkan verəcək.

Tarix
2017.08.04 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla